xebermen.az

1 milyard insan ölə bilər - Bill Qeytsdən şok xəbərdarlıq

Dünən, 18:33

 

“Microsoft”un təsisçisi Bill Qeyts süni intellektin (Sİ) bir milyard insanın ölümü ilə nəticələnə biləcək hadisələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

 Qeyts bu barədə "NBC" telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, bəşəriyyət heç vaxt “pis niyyətli insanların ən yeni Sİ alətləri ilə birləşməsi” qədər güclü silahla üzləşməyib. O, Sİ-dən istifadəyə qanunvericilik məhdudiyyətlərinin tətbiqini dəstəkləyib.

Xatırladaq ki, daha əvvəl “Anthropic” şirkətinin rəhbəri Dario Amodei təhlükəsizlik məqsədilə daha güclü Sİ modellərinin hazırlanması tempinin azaldılmasına çağırıb. “SpaceX” və “xAI” şirkətlərinin sahibi İlon Mask və “OpenAI” rəhbəri Sem Altman da bu yanaşmanı dəstəklədiklərini bildiriblər. ABŞ Prezidenti Donald Tramp isə bu yanaşmaya qarşı olduğunu bəyan edib. O, bunun ABŞ-ın Çinə qarşı texnoloji üstünlüyünü itirməsinə səbəb ola biləcəyini bildirib. Tramp Sİ ilə bağlı təhlükə xəbərdarlıqlarının isə şişirdildiyini qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930