xebermen.az

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Dünən, 18:27

 

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər.

Mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən və bəzi sağlamlıq problemlərindən qaynaqlana bilər.

Səhərlər halsız oyanan insanlar əsasən enerji azlığından və diqqət problemlərindən şikayətlənirlər. Bu hal orqanizmin gecə ərzində kifayət qədər dincəlmədiyini göstərə bilər.

Səhər yorğunluğuna səbəb olan amillər arasında nizamsız yuxu rejimi, gecə ərzində tez-tez oyanmaq, stress və fiziki aktivliyin az olması göstərilir.

Bununla yanaşı, dəmir çatışmazlığı, qanazlığı, qalxanabənzər vəzin fəaliyyətində pozuntular və yuxu apnesi də uzunmüddətli yorğunluğa səbəb ola bilər.

Yorğunluq bir neçə gün ərzində keçmir və gündəlik həyata təsir göstərirsə, səbəbin müəyyənləşdirilməsi vacibdir. Xüsusilə kifayət qədər yuxuya baxmayaraq halsızlıq davam edirsə, həkimə müraciət etmək və lazımi müayinələrdən keçmək tövsiyə olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930