xebermen.az

63 işıq ili uzaqdan tarixi siqnal: Alimlər ilk dəfə qeydə aldılar

Dünən, 11:00

 

Astronomlar ilk dəfə birbaşa ekzoplanetdən gələn radio siqnalı qeydə alıblar. Siqnalın uzaq qaz nəhənginin atmosferində yaranan güclü qütb parıltıları ilə əlaqəli olduğu müəyyənləşdirilib.

Siqnal Yerdən 63 işıq ili uzaqlıqda yerləşən Beta Rəssam ulduzunun ətrafında fırlanan Beta Rəssam b planetindən gəlib. Harvard-Smitson Astrofizika Mərkəzi və Oreqon Universitetinin alimləri Cənubi Afrikadakı "MeerKAT" radioteleskopu vasitəsilə 2025-2026-cı illərdə siqnalı dörd dəfə qeydə alıblar.

Yupiterdən təxminən 10 dəfə böyük olan planet öz oxu ətrafında cəmi 8-9 saata fırlanır. Radioşüalanmanın Yerdə və Yupiterdəki qütb parıltılarına bənzər mexanizmlə yarandığı düşünülür: yüklü hissəciklər planetin maqnit sahəsində hərəkət edərək radio dalğaları yayırlar.

Alimlər bu siqnallar əsasında ekzoplanetin maqnit sahəsinin gücünü ilk dəfə birbaşa qiymətləndiriblər. Nəticələrə görə, onun maqnit sahəsi Yerin maqnit sahəsindən minlərlə dəfə güclüdür.

Maqnit sahəsi planetin atmosferini ulduz küləyindən qoruduğu üçün onun gücü həmin dünyanın həyat üçün potensial uyğunluğunun qiymətləndirilməsində mühüm əhəmiyyət daşıyır.

Tədqiqat hələlik preprint mərhələsindədir və nəticələrin müstəqil yoxlamadan keçməsi gözlənilir. Bununla belə, alimlər siqnalın qeydə alınmasını uzaq planetlərin öyrənilməsində mühüm irəliləyiş hesab edirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930