İranda hakimiyyət dəyişməyəcək - Makron səbəbini açıqladı
Fransa prezidenti Emmanuel Makron İranın bombalanmasının bu ölkədə hakimiyyət dəyişikliyinə səbəb olmayacağını bildirib.
Makron Amerikanın ABC televiziya kanalına verdiyi müsahibədə deyib:
"Bir ölkəni bombalamaqla hakimiyyəti dəyişdirməyin mümkün olduğuna inanmıram. Və mənim üçün bu, ən yaxşı seçim deyil, çünki işə yaramır. Və biz son onilliklərdə bu səhvi bir neçə dəfə etmişik".
Eyni zamanda, o, İranın nüvə silahı əldə etməməsini təmin etməyin "hər kəs üçün çox vacib" olduğunu bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: