xebermen.az

İran bütün ölkələrlə hava əlaqəsini kəsə bilər

Dünən, 10:56

 

İran İraqı çərşənbə axşamından etibarən bütün dünya ölkələrindən gələn reyslərin qəbulunu dayandırmaq ehtimalı barədə xəbərdar edib.

Bu barədə İraqın “Shafaq news” portalı təhlükəsizlik orqanlarındakı mənbəyə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, İran tərəfi İraq hakimiyyətini belə bir ehtimal barədə məlumatlandırıb və qərar bir neçə gün uzadıla bilər. Səbəblər açıqlanmır. İraqın aviasiya qurumu isə bununla bağlı hələlik heç bir tədbir görməyib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı irimiqyaslı hərbi əməliyyata başlayıblar. Ölkənin ən iri şəhərləri, o cümlədən paytaxt Tehran zərbələrə məruz qalıb. Ağ Ev hərbi əməliyyatların başlanmasını Tehrandan gələn raket və nüvə təhdidlərini zərərsizləşdirmək zərurəti ilə izah edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930