xebermen.az

Beyin siqnalları ilə kompüter idarə ediləcək

Dünən, 10:52

  

Türkiyənin Karabük Universitetində insanın beyin siqnallarından istifadə etməklə kompüter və elektron sistemləri idarə etməyə imkan verən layihə hazırlanıb.

TÜBİTAK tərəfindən dəstəklənən layihədə beynin vizual stimullara reaksiyası xüsusi cihaz vasitəsilə qeydə alınır və bu siqnallar kompüter tərəfindən əmrlərə çevrilir.

Beləliklə, istifadəçinin fiziki hərəkət etmədən müəyyən əmrləri yerinə yetirməsi mümkün olur.

Tədqiqatçılar sistemin xüsusilə hərəkət imkanları məhdud insanlar üçün faydalı ola biləcəyini bildirirlər.

Layihənin digər diqqətçəkən tərəfi isə prototipin təxminən 50 dollara başa gəlməsidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930