Ukraynada polad istehsalı sənayesi fəaliyyətini dayandırıb
Rusiyanın Ukraynanın sənaye müəssisələrinə endirdiyi zərbələr nəticəsində ölkədə artıq fəaliyyət göstərən polad istehsalı sənayesi qalmayıb.
Bunu “Financial Times” nəşrinə açıqlamasında “Metinvest” qrupunun baş direktoru Rinat Axmetovun ofisinin rəhbəri Aleksandr Vodoviz bildirib.
Son həftələrdə Rusiya Ukraynanın metallurgiya sənayesinin əsas müəssisələrinə ardıcıl zərbələr endirir. Xüsusilə, Rusiya Silahlı Qüvvələri Zaporojyedə “Metinvest” qrupuna daxil olan “Zaporojstal” zavodlarına bir neçə dəfə hücum edib və nəticədə müəssisələrin bir hissəsi fəaliyyətini məcburi şəkildə dayandırıb.
Dnepropetrovsk vilayətində yerləşən “ArselorMittal Krivoy Roq” və “Kametstal” metallurgiya kombinatları da raket hücumlarına məruz qalıb.
“Financial Times”ın yazdığına görə, Rusiyanın hücumlarından zərər çəkən zavodlar Ukraynadakı polad istehsalının təxminən 90 faizini təmin edirdi. Aleksandr Vodoviz nəşrə açıqlamasında vurğulayıb ki, “Metinvest” zərər görmüş müəssisələrin bərpasına nə qədər vaxt lazım olacağını hələlik qiymətləndirə bilmir.
“GMK Center”in sahə üzrə təhlilinə əsasən, 2025-ci ilə olan məlumata görə, polad istehsalı üzrə ümumi nominal güc ildə təxminən 42 milyon tondan 16,5 milyon tona qədər azalıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: