xebermen.az

ABŞ məhkəməsi Tramp administrasiyasının yeni viza qaydalarını blokladı

Bu gün, 10:30

 

ABŞ-ın Massaçusets ştatının federal dairə məhkəməsi Tramp administrasiyasının əcnəbi tələbələr, mübadilə proqramı iştirakçıları və jurnalistlərin ölkədə qalma müddətini məhdudlaşdıran yeni qaydalarının tətbiqini bloklayıb.

Hakim ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin qaydaların dəyişdirilməsi ilə bağlı əsaslandırmasını kifayət qədər əsaslı hesab etməyib.

Qərara əsasən, yeni qaydaların tətbiqi məhkəmə prosesi yekunlaşana qədər dayandırılacaq.

ABŞ-da hazırda təxminən 1,6 milyon F vizası olan tələbə və 500 min J vizası sahibi var. Hakim bildirib ki, dəyişikliklər Massaçusets Texnologiya İnstitutu və Harvard Universiteti də daxil olmaqla aparıcı tədqiqat universitetlərinin fəaliyyətinə mənfi təsir göstərə bilər.

Daxili Təhlükəsizlik Nazirliyinin iyulda qəbul etdiyi qaydalara əsasən, F vizalarının müddəti 4 il, J vizası ilə ölkədə qalma müddəti isə 4 il ilə məhdudlaşdırılmalı idi. I vizası olan xarici jurnalistlər üçün isə bu müddətin 240 gün olması nəzərdə tutulurdu.









Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930