xebermen.az

Almaniya dağılır? - Baş nazir "böhran yaşanır" dedi

Dünən, 13:40

 

Almaniya böhran vəziyyətindədir".

Bu fikri Bavariyanın baş naziri Markus Zöder "Bild" qəzetinə verdiyimüsahibədə bildirib.

O, ölkədəki mövcud durumdan gileylənib.

"Burada söhbət koalisiya böhranından deyil, Almaniyadakı krizisdən gedir", - deyə siyasətçi bildirib.

Almaniya kansleri Fridrix Merzin mümkün istefası ilə bağlı şayiələrə münasibət bildirən Zöder, CSU-nun (Almaniyanın Bavariya əyalətində fəaliyyət göstərən və Fridrix Mertsin rəhbərlik etdiyi Xristian Demokrat İttifaqı (CDU) ilə daimi ittifaqda (CDU/CSU bloku) olan mühafizəkar siyasi partiyadır-red.) belə bir təşəbbüs irəli sürməyəcəyini bildirib. Bununla belə, o, CSU-nun bu cür təklif irəli sürə biləcəyi ehtimalını da istisna etməyib. Zöder onu da vurğulayıb ki, təslim olmaq Merzin xarakterinə uyğun bir məsələ deyil. O, həmçinin federal hökumətin 2029-cu ilə qədər davam edəcəyinə ümid etdiyini bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930