xebermen.az

Ağıllı saatlarla bağlı şok xəbərdarlıq: Sizə ciddi zərər verə bilər

Dünən, 20:55

 

Psixoloq Rozer Qort yuxunun keyfiyyətini ağıllı saatlarla ölçməyin bəzi hallarda əks nəticə verə biləcəyini qeyd edib.

Qortun fikirlərini "ABC" nəşri yayıb.

Onun fikrincə, yuxu göstəricilərini bu cihazlarla izləmək insanlarda sağlam yuxuya həddindən artıq fokuslanmağa və narahatlığın artmasına səbəb ola bilər.

Psixoloq bildirib ki, yuxu üzrə peşəkar mütəxəssislərin öz üzərlərində bu tip cihazlardan istifadə etməməsi diqqət çəkir. Onun sözlərinə görə, videolarda, müsahibələrdə və konsultasiyalar zamanı yuxu mütəxəssislərinin əksəriyyətinin ağıllı saat taxmadığını görmək mümkündür.

Qortun fikrincə, əsas problem insanların yuxunu getdikcə daha çox “ölçülə bilən göstəricilər” kimi qəbul etməsidir. “Biz getdikcə daha məhsuldar və keyfiyyətli yuxuya aludə oluruq. Məhz bu, ona nail olmağımıza mane olur”, - deyə psixoloq vurğulayıb.

O əlavə edib ki, insanın hər gecə yuxu göstəricilərini yoxlaması və nəticələrə həddindən artıq diqqət yetirməsi narahatlığı daha da artıra bilər.

ABC-nin məlumatına görə, elmi araşdırmalar da ağıllı saatların yuxunun bütün mərhələlərini dəqiq müəyyənləşdirməsinin məhdud olduğunu göstərir. Yuxunun mərhələlərinin dəqiq qiymətləndirilməsində əsas standart polisomnoqrafiya hesab olunur.

Qort hesab edir ki, ağıllı saatlar sağlamlıqdan daha çox kommersiya maraqlarına xidmət edir və onların təqdim etdiyi rəqəmləri mütləq həqiqət kimi qəbul etmək düzgün deyil.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930