Kiprdə gəmi qəzasında ölənlərin sayı artdı
Şimali Kiprin Girnə şəhəri sahillərində batan sərnişin gəmisində ölənlərin sayı 13-ə çatıb.
Bu barədə Şimali Kiprin Baş naziri Ünal Üstel X hesabında paylaşım edib.
Onun sözlərinə görə, daha bir nəfərin cəsədi tapılıb, beləliklə, ölənlərin sayı 13-ə yüksəlib, 15 nəfər isə itkin düşmüş hesab olunur.
Baş nazir axtarış-xilasetmə işlərinə özəl şirkətlərin cəlb ediləcəyini, həmçinin Türkiyə ilə məsləhətləşmələrin aparılacağını deyib.
Qeyd edək ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəmi qəzaya uğrayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: