xebermen.az

Doğum böhranına qarşı maraqlı addım: Hər uşağa 93 min 500 manat ayrılacaq

Dünən, 13:19

 

Sinqapurda əhalinin daha çox uşaq sahibi olmasını təşviq etmək məqsədilə ailələrə genişmiqyaslı dəstək proqramı təqdim edilib.

Yeni proqram çərçivəsində bir uşağa düşən ümumi yardımın məbləği 55 min dolları (93 min 500) ötə bilər.

Bu vəsait valideynlərə birdəfəlik ödənilmir. Məbləğə müxtəlif müavinətlər, tibbi yardım, güzəştlər və ailələr üçün nəzərdə tutulan digər dəstək tədbirləri daxildir.

Hökumət bu addımla ölkədə son illər ciddi problemə çevrilən doğum səviyyəsinin azalmasının qarşısını almağa çalışır.

Qeyd edək ki, Sinqapur dünyada doğum səviyyəsinin ən aşağı olduğu ölkələrdən biridir. Bu səbəbdən hökumət valideynlərə göstərilən dəstəyi mərhələli şəkildə artırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31