xebermen.az

Tarixin ən böyük maliyyə hücumu - “Dan yeri söküləndə...”

Dünən, 09:52

 

ABŞ Prezidenti Donald Trampın administrasiyası avqustun 24-də İrana qarşı genişmiqyaslı maliyyə təzyiqinə keçməyi planlaşdırır.

Bu barədə ABŞ-ınmaliyyə naziri Skott Bessent avqustun 23-də “X” sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, Vaşinqton Tehranla qarşıdurmanın “son mərhələsinə” daxil olur.

“Dan yeri söküləndə “D günü” — düşmənə qarşı indiyədək həyata keçirilmiş ən miqyaslı maliyyə hücumu başlayacaq”, - deyə amerikalı rəsmi qeyd edib.

Avqustun 20-də Tramp İrana qarşı “iqtisadi D günü” adlandırdığı yeni iqtisadi təzyiq kampaniyasını elan edib. ABŞ Prezidenti Vaşinqtonun Tehranı maksimum dərəcədə təcrid etməyə çalışacağını və onun ticarət, eləcə də maliyyə əlaqələrini saxlamasına kömək edən xarici qurumları cəzalandırmaq niyyətində olduğunu bəyan edib. Ehtimal olunan tədbirlər çərçivəsində İranla əməliyyat aparan banklar, şirkətlər, neft vasitəçiləri və digər iştirakçılar, o cümlədən Rusiya qurumları təzyiq mexanizmlərinə məruz qala bilər.

Avqustun 21-də İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın İrana sanksiya təzyiqini artırmaq qərarının uğursuzluğa məhkum olduğunu bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31