London Kiyevə gizli “silah sirri”ni açır: Ukrayna görün nə istehsal edəcək
Böyük Britaniya Ukraynaya uzaqmənzilli SCALP raketlərinin yığılmasını ölkə ərazisində təşkil etməyə kömək məqsədilə britaniyalı komponentlərə dair məxfi məlumatların ötürülməsini təsdiqləyib.
Bu barədə Böyük Britaniya Baş nazirinin dəftərxanası məlumat yayıb.
Bildirilib ki, qərarı baş nazir Endi Bernhem avqustun 24-də - Ukraynanın Müstəqillik Günü münasibətilə Kiyevə səfəri zamanı açıqlayacaq. Bu, onun hökumət başçısı kimi ilk xarici səfəridir.
Qeyd olunur ki, SCALP raketi Britaniyanın “Storm Shadow” raketinin Fransa versiyasıdır və hər iki sistemdə Britaniya və Fransa texnologiyalarından istifadə olunur. Londonun bu addımı Ukraynada raketlərin yığılmasının təşkilində Fransa və Ukraynanın imkanlarını genişləndirməyə yönəlib.
Britaniya hökuməti həmçinin Ukrayna üçün daha ucuz və müasir uzaqmənzilli zərbə vasitələrinin hazırlanmasını nəzərdə tutan “Brakestop” layihəsi çərçivəsində işləri sürətləndirir.
Bernhem bildirib ki, Böyük Britaniyanın Ukraynaya dəstəyi dəyişməyəcək və London Kiyevlə “lazım olduğu qədər” həmrəylik göstərəcək.
“Ukraynanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir”, -deyə baş nazir vurğulayıb.
Böyük Britaniya Rusiyanın Ukraynaya hərbi yardım göstərməsinə görə dəfələrlə sərt tənqid etdiyi ölkələrdən biridir. Rusiya tərəfi isə Londonun Kiyevə silah və pilotsuz uçuş aparatları tədarükünü pisləyərək bunun nəticələrinin olacağını bəyan edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: