xebermen.az

Fransada isti hava ilə bağlı qorxunc RƏQƏMLƏR AÇIQLANDI: Ölənlərin sayı yeddi mini keçdi

20-08-2026, 12:38

 

Fransada iyulun 3-dən 22-dək davam edən ikinci istilik dalğası 1 243 əlavə ölüm halı ilə əlaqəli ola bilər.

Ilkin məlumatları "Public Health France" təşkilatı açıqlayıb.

Mütəxəssislər vurğulayırlar ki, bu rəqəm bütün ölümlərin birbaşa isti hava səbəbindən baş verdiyi anlamına gəlmir. Söhbət həmin dövrdə ümumi ölüm hallarının gözlənilən göstəricidən artıq olmasından gedir.

Yayın əvvəlindən etibarən yüksək temperaturun təxminən 7 300 əlavə ölümlə əlaqəli ola biləcəyi ehtimal edilir.

Ən çox ölüm birinci böyük istilik dalğası zamanı - iyunun 17-dən 30-dək qeydə alınıb. Həmin dövrdə göstərici 5 764 hal təşkil edib. Daha əvvəl, mayın 24-dən 28-dək baş verən ilk istilik dalğasının isə təxminən 300 əlavə ölümlə əlaqəli olduğu bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031