xebermen.az

İran atəşkəsə inanmır: Yeni müharibəyə hazırlaşırlar

17-08-2026, 13:25

 

İran ABŞ və İsrailin atəşkəsə nail olmaq istiqamətindəki səylərinin yeni qarşıdurmaya hazırlıq məqsədi daşıya biləcəyindən şübhələnir.

Bu barədə “The Wall Street Journal” yazıb.

Nəşrin məlumatına görə, Tehran hazırkı danışıqları “münaqişədən əvvəl fasilə” kimi qiymətləndirir.

İran hesab edir ki, əldə olunan memorandum ABŞ və İsrailə vaxt qazanmaq və böhranın iqtisadi nəticələrini azaltmaq imkanı verə bilər.

Qəzetin yazdığına görə, Tehran mümkün yeni qarşıdurmaya cavab verməyə hazır olduğunu nümayiş etdirir.

Bu isə tərəflər arasında qarşılıqlı etimadsızlığın hələ də yüksək olaraq qaldığını göstərir.

Məhz etimadsızlıq diplomatik səylərə baxmayaraq, uzunmüddətli razılaşmanın əldə olunması ehtimalını azaldır. İranın mövqeyinə görə, atəşkəs münaqişənin tam başa çatması deyil, növbəti qarşıdurmaya hazırlıq üçün müvəqqəti mərhələ ola bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031