xebermen.az

Təbriz–İrəvan reysi yenidən açılır - İlk uçuşun tarixi bəlli oldu

Bu gün, 13:24

 

Təbriz və İrəvan arasında birbaşa aviareyslər iki illik fasilədən sonra avqustun 20-dən etibarən bərpa olunacaq.

Uçuşlar Təbrizin Şəhid Mədəni Beynəlxalq Hava Limanından "Pouya Airlines" aviaşirkəti tərəfindən həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı günləri həyata keçiriləcək.

İlk Təbriz-İrəvan reysinin avqustun 20-də saat 09:00-da yerinə yetirilməsi planlaşdırılır.

Qeyd edək ki, İrəvan-Təbriz arasında birbaşa müntəzəm aviareyslər ilk dəfə 2021-ci il iyulun 1-də açılıb. Uçuşları Ermənistanın "Armenia Airways" aviaşirkəti həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı günləri həyata keçirib.

Lakin birbaşa marşrut altı aydan bir qədər çox fəaliyyət göstərdikdən sonra aviaşirkətin uçuş proqramlarının optimallaşdırılması və təyyarələrin yenidən bölüşdürülməsi səbəbindən dayandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31