xebermen.az

Bakı metrosunda dəyişikliklər dərslərin başlanma saatlarına təsir edəcək?

Bu gün, 13:51

 

Avqustun 15-dən etibarən Bakı metropolitenində "Nizami" və "28 May" stansiyaları arasında qatarların hərəkətinin dayandırılması paytaxtda nəqliyyat yükünün artması ilə bağlı suallar yaradıb.

Xüsusilə yeni tədris ilinin başlanması ilə məktəb və ali təhsil müəssisələrində səhər saatlarında sərnişin sıxlığının əhəmiyyətli dərəcədə artacağı müzakirə mövzusu olub.

Hazırda əsas suallardan biri də budur: Metroda yaranacaq yükü azaltmaq üçün Bakıda məktəb və ali təhsil müəssisələrində dərslərin başlanma saatlarının mərhələli şəkildə müəyyənləşdirilməsi məsələsi müzakirə olunur? Belə bir qərarın qəbul edilməsi gözlənilir və bununla bağlı aidiyyəti qurumlar arasında müzakirələr aparılır?

Oxu.Az-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən (ETN) bildirilib ki, qeyd edilən məsələ ilə bağlı hazırda müzakirə aparılmır.

Xatırladaq ki, "Bakı Metropoliteni" QSC-nin məlumatına görə, xətlərin ayrılması layihəsi çərçivəsində "Cəfər Cabbarlı" - "Nizami" mənzilini birləşdirəcək yeni tunelin tikintisi aparılır. İşlərin 11 ay ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bu müddətdə sərnişinlər "Nizami" və "28 May" stansiyaları arasında yerüstü nəqliyyatdan istifadə etməli olacaqlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31