"Delfin" tayfunu bir milyondan çox insanı evsiz qoydu
Bu ilin ən güclü tropik siklonu Çinin şərq sahillərinə çataraq leysan yağışlarına və son dərəcə güclü küləyə səbəb olub.
Ölkə hakimiyyəti “Delfin” tayfununun təsiri nəticəsində daşqın və sürüşmələrə məruz qalma riski olan ərazilərdən bir milyondan çox insanın genişmiqyaslı təxliyəsini həyata keçirib.
Təbii fəlakətin episentrində küləyin sürəti saatda 150 kilometrə çatıb ki, bu da birinci kateqoriyalı qasırğaya uyğundur. Regionda fırtına xəbərdarlıqları elan edilib, gəmilərə limanlarda sığınacaq tapmaları barədə göstəriş verilib.
Bundan əvvəl tayfun Yaponiyanın Okinava adasından keçərək altı nəfərin xəsarət almasına və 50 min evin elektrik enerjisiz qalmasına səbəb olub. Hazırda Çin xidmətlərinin əsas səyləri infrastrukturun qorunmasına və təbii fəlakətin nəticələrinin minimuma endirilməsinə yönəlib. Təxliyə davam edir, xilas edilənlərin sayının artacağı gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: