Gürcünün məğlubiyyəti erməniyə milyonlar qazandırdı
UFC-nin yüngül çəki reytinqində ikinci pillədə qərarlaşan Arman Tsarukyan amerikalı Castin Qeytcinin İlya Topuria üzərində qələbəsindən sonra 5,7 milyon dollar qazanıb.
Rusiyanı təmsil edən döyüşçü turnirdən əvvəl sosial şəbəkələrdə Qeytcinin qələbəsinə 1 milyon dollar mərc etdiyini açıqlayıb. Mərcin şərtlərinə əsasən, mümkün uduş məbləği 5,7 milyon dollar təşkil edib.
Döyüş Vaşinqton şəhərində Ağ Evin cənub çəmənliyində keçirilən “UFC Freedom 250” turnirinin əsas qarşılaşması olub və Qeytcinin texniki nokautla qələbəsi ilə başa çatıb.
37 yaşlı Qeyci bu qələbə sayəsində karyerasında ilk dəfə UFC-nin yüngül çəkidə çempionluq titulunu qazanıb. Onun aktivində hazırda 28 qələbə və 5 məğlubiyyət var.
29 yaşlı Topuriya isə peşəkar karyerasında ilk məğlubiyyətini alıb. İspaniya təmsilçisi olan gürcü əsilli döyüşçü bu görüşə qədər ardıcıl 17 qələbə qazanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: