Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş keçirilib.
“UFC Fight Night”ın dördüncü qarşılaşmasında Melissa Mallins (İngiltərə) Darya Jeleznyakova (Rusiya) ilə üz-üzə gəlib.
Yarım yüngül çəkidə baş tutan duel 3 raund davam edib və yekunda Rusiya təmsilçisi qalib gəlib.
Qeyd edək ki, əsas döyüşlər saat 23:00-da start götürəcək. “UFC Fight Night”ın əsas duelində ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.
Azərbaycan idmançılarından Tofiq Musayev Qırğızıstandan olan Mıktıbek Orolbai ilə, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə, Nazim Sadıxov isə braziliyalı Nikolas Motta ilə qarşılaşacaq.
xxx
21:47
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş keçirilib.
“UFC Fight Night”ın üçüncü qarşılaşmasında İrina Alekseyeva (Rusiya) Klaudiya Siqula (Polşa) ilə üz-üzə gəlib.
Yarım yüngül çəkidə üç raund davam edən dueldə Polşa təmsilçisi rəqibini məğlub edib.
Qeyd edək ki, əsas döyüşlər saat 23:00-da start götürəcək. “UFC Fight Night”ın əsas duelində ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.
Azərbaycan idmançılarından Tofiq Musayev Qırğızıstandan olan Mıktıbek Orolbai ilə, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə, Nazim Sadıxov isə braziliyalı Nikolas Motta ilə qarşılaşacaq.
xxx
21:17
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş keçirilib.
“UFC Fight Night”ın ikinci qarşılaşmasında Taqir Ulanbekov (Rusiya) Maksum Azatla (Qazaxıstan) üz-üzə gəlib.
Super yüngül çəkidəki dueldə Rusiya təmsilçisi rəqibini məğlub edib.
Qeyd edək ki, əsas döyüşlər saat 23:00-da start götürəcək. “UFC Fight Night”ın əsas duelində ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.
Azərbaycan idmançılarından Tofiq Musayev Qırğızıstandan olan Mıktıbek Orolbai ilə, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə, Nazim Sadıxov isə braziliyalı Nikolas Motta ilə qarşılaşacaq.
xxx
21:12
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində ilk görüş keçirilib.
“UFC Fight Night”ın birinci qarşılaşmasında Hamdi Abdel Vahab (Misir) Muhammad Usmanla (Nigeriya) üz-üzə gəlib.
Ağır çəkidə üç raund davam edən dueldə Nigeriya təmsilçisi rəqibini məğlub edib.
Qeyd edək ki, əsas döyüşlər saat 23:00-da start götürəcək. “UFC Fight Night”ın əsas duelində ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.
Azərbaycan idmançılarından Tofiq Musayev Qırğızıstandan olan Mıktıbek Orolbai ilə, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə, Nazim Sadıxov isə braziliyalı Nikolas Motta ilə qarşılaşacaq.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Bu gün Bakıda ilk dəfə UFC turniri keçiriləcək
Azərbaycanda sosial müavinətlərin məbləği ARTIRILDI - FƏRMAN