xebermen.az

Dronlar Moskvanın kabusuna çevrildi - Xeyli sayda ölən var

17-05-2026, 13:32

 

Hava hücumundan müdafiə sistemləri gecə saatlarında Rusiyanın bölgələri üzərində 556 Ukrayna dronunu, o cümlədən Moskvaya yaxınlaşan 100-dən çox PUA-nı məhv edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti və Moskva meri Sergey Sobyanin məlumat verib. Uçuş təhlükəsizliyini təmin etmək üçün Şeremetyevo, Vnukovo, Domodedovo və Jukovski hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, 93 uçuş təxirə salınıb və Şeremetyevodan daha iki uçuş Nijni Novqoroda yönləndirilib.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov Moskva bölgəsindəki ən böyük dron hücumlarından biri nəticəsində üç nəfərin öldüyünü və beş nəfərin yaralandığını bildirib. Ximkidə dron şəxsi evə dəydikdən sonra bir qadın ölüb, daha bir nəfər isə dağıntılar altında qalıb. Mıtişidəki Poqorelki kəndində isə vurulan dronun qalıqları tikilməkdə olan evin üzərinə düşüb və nəticədə iki kişi ölüb.

Sergey Sobyaninin sözlərinə görə, Moskva və Moskvaətrafı bölgədə baş verən dron hücumunda 12 nəfər yaralanıb. Həmçinin üç yaşayış binasına və istehsalat zavoduna ziyan dəydiyi, tikinti işçilərinin xəsarət aldıqları bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930