xebermen.az

Moskvada hava limanlarının fəaliyyəti bərpa edildi

25-05-2025, 20:36

Moskva vilayətində (Rusiya) yerləşən Vnukovo, Domodedovo və Jukovski hava limanlarının fəaliyyətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb.

bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

"Vnukovo, Domodedovo və Jukovski hava limanlarında Moskva vaxtı ilə saat 18:05-dən (Bakı vaxtı ilə 19:05-dən) etibarən təyyarələrin gəlişi və gedişi ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb", - məlumatda qeyd olunub.

Moskva vilayətindəki Domodedovo, Vnukovo və Jukovski hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

bu barədə "Rosaviasiya" məlumat yayıb.

"Vnukovo, Domodedovo və Jukovski hava limanlarında təyyarələrin enişi və uçuşu ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - idarənin açıqlamasında bildirilir.

Qeyd olunur ki, təyyarələrin ekipajları, aviadispetçerlər, hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görürlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30