xebermen.az

Diş çürüməsinin qarşısını alan möcüzə

11-02-2026, 10:05


 

Qara çayın fermentasiyası zamanı yaranan maddələr - teaflavinlər dişləri kariesdən qoruya bilər.


Bu barədə "Food & Function" (F&F) jurnalında dərc olunan araşdırma deyilir.


Alimlər müəyyən ediblər ki, bu birləşmələr eyni zamanda həm karies yaradan bakteriyaların artımını boğur, həm də diş toxumalarının parçalanmasını ləngidir.


Tədqiqat zamanı mütəxəssislər teaflavinlərin kariesin inkişafında əsas rol oynayan Streptococcus mutans bakteriyasına, həmçinin kollagenin parçalanmasında və dentinin zəifləməsində iştirak edən MMP-9 fermentinə təsirini öyrəniblər. Eksperimentlər göstərib ki, teaflavinlər dişlərin səthində bakterial təbəqələrin yaranmasını pozur və MMP-9-un aktivliyini effektiv şəkildə yatırır.


Təsir mexanizminin analizi üzə çıxarıb ki, teaflavin molekulları birbaşa fermentlə birləşir və onun məkan strukturunu dəyişir, nəticədə ferment öz funksiyasını yerinə yetirməkdə çətinlik çəkir. Bu zaman ən güclü qoruyucu effekt daha mürəkkəb kimyəvi quruluşa malik teaflavinlərdə müşahidə olunub.


Müəlliflər hesab edirlər ki, əldə olunan məlumatlar teaflavinlərin kariesin profilaktikası üçün təbii vasitələrin əsası kimi perspektivli olduğunu göstərir. Gələcəkdə bu birləşmələrdən diş pastaları, yaxalayıcı məhlullar və ya ağız boşluğunun sağlamlığını qorumaq üçün funksional qidaların hazırlanmasında istifadə edilə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930