xebermen.az

Moskvadan İrəvana müəmmalı xəbərdarlıq: Sünikdə gərginlik artır

28-05-2025, 14:37

 

Cənubi Qafqazda qeyri-regional ölkələr arasında aktivliyin artması müşahidə olunur və Ermənistanın Sünik bölgəsi ətrafında gərginlik qalmaqdadır.

Bunu Bişkekdə KTMT Müdafiə Nazirləri Şurasının iclasında Rusiyanın müdafiə naziri Andrey Belousov deyib.

“Cənubi Qafqazda qeyri-regional ölkələrin məqsədi təhlükəsizliyi gücləndirmək deyil, öz təsirlərini genişləndirməkdir”, - Rusiya müdafiə departamentinin rəhbəri bildirib.

Belousov Ermənistan-Azərbaycan münasibətlərinin qeyri-sabit vəziyyətindən narahatlığını da bildirib. Onun sözlərinə görə, Ermənistanın Sünik rayonu ətrafında gərginlik qalmaqdadır. O, əmin edib ki, Moskva İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasında maraqlıdır və hər cür kömək etməyə hazırdır.

Qeyd edək ki, iyunun 2-də Sünikdə Fransanın baş konsulluğunun açılacağı bildirilib. Bəzi ekspertlər bunun konsulluq yox, Fransanın kəşfiyyat bölməsi olduğunu iddia edirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930