xebermen.az

Ermənistan KTMT-dən çıxır? - "Başqa alternativ yoxdur"

10-02-2025, 09:03

 

"Ermənistanın Cənubi Qafqazda təhlükəsizliyini təmin etmək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına ( KTMT ) alternativ olacaq heç bir mexanizm yoxdur".

Bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin "RİA Novosti"yə müsahibəsində respublikanın KTMT-dən mümkün çıxması ilə bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, Moskva İrəvanın bunu yaxşı başa düşdüyünə ümid edir.

Yanvarın 15-də Ermənistanın müdafiə naziri Suren Papikyan bəyan edib ki, Ermənistan Rusiya ilə münasibətləri yüksək səviyyədə saxlamaqda maraqlıdır. O vurğulayıb ki, Ermənistan de-fakto KTMT-də heç bir iştirak etmir, lakin respublika Rusiya Federasiyası ilə münasibətlərə dair heç bir ikitərəfli sənədi ləğv etməyib və təşkilatı tərk etməyib.

Ermənistan Xarici Kəşfiyyat Xidməti (XKX) öz hesabatında İrəvanın 2025-ci ildə KTMT-yə üzvlüyünü ləğv etməsini çətin hesab edib. XKX-dən bildirilib ki, bu təhlükəsizlik strukturunun səlahiyyətlərini şübhə altına almağa davam edəcək.

Daha sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ermənistan hələ də KTMT-dən çıxmaq planları barədə məlumat verməyib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930