xebermen.az

Pakistan ELAN ETDİ: Hindistanla mayın 18-dək...

15-05-2025, 21:50

 

Hindistan və Pakistan atəşkəs rejimini mayın 18-dək uzadıb.

Bu barədə Pakistanın baş nazirinin birinci müavini və xarici işlər naziri İshaq Dar məlumat verib.

Parlamentdə çıxış edən Dar mayın 14-də iki ölkənin hərbi əməliyyat komandirləri arasında yeni telefon danışığı zamanı razılığın əldə edildiyinə aydınlıq gətirib. O, ilk belə söhbətin mayın 10-da baş verdiyini qeyd edib.

“Mayın 14-də aparılan danışıqlar atəşkəs rejiminin mayın 18-dək uzadılması ilə nəticələndi”, - deyə ölkənin baş nazirinin müavini Pakistan parlamentinin yuxarı palatasına bildirib.

Mayın 12-də "Geo" TV Pakistanın Hindistanın hərəkətlərinə cavab olaraq başlatdığı "Bunyan-un-Marsoos" əməliyyatını dayandırdığını bildirib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930