xebermen.az

Azərbaycandan Pakistana SİYASİ DƏSTƏK - Hindistanın hücumları pisləndi

9-05-2025, 10:35

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı aparılıb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər cari regional təhlükəsizlik vəziyyətini, Pakistanla Hindistan arasında artan gərginliyi müzakirə ediblər.

Pakistan naziri 6-7 mayda Hindistanın Pakistana qarşı raket hücumları və Pakistan tərəfinin cavab tədbirləri barədə məlumat verib. Hindistanın hücumlarından əsasən mülki əhalinin zərər gördüyü, onlarla insanın həlak olduğu, Pakistan tərəfinin isə buna cavab olaraq hərbi obyektləri hədəf aldığı bildirilib. Pakistan naziri həmçinin bir sıra ölkələrin xarici işlər nazirləri ilə telefon danışığı apardığını və vəziyyəti ətraflı izah etdiyini diqqətə çatdırıb.

Ceyhun Bayramov öz növbəsində, Pakistan xalqı ilə həmrəyliyini ifadə edərək, mülki əhalinin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumları pisləyib.

Nazir eskalasiyanın daha da genişlənməsinin qarşısının alınmasının zəruriliyini, gərginliyin diplomatik yolla və danışıqlar vasitəsilə aradan qaldırılacağına ümidvar olduğunu vurğulayıb.

Tərəflər telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930