xebermen.az

Qızılı olanlar və almaq istəyənlərin NƏZƏRİNƏ: Bahalaşacaq

23-04-2025, 12:33

 

Dünyada iqtisadi və siyasi qeyri-müəyyənliklər artdıqca investorların təhlükəsiz liman axtarışları da güclənir. Belə vəziyyətlərdə ənənəvi olaraq güvənilən sərmayə alətlərindən biri də qızıl olmuşdur. Tarix boyu qızıl inflyasiya, müharibələr və maliyyə böhranları kimi çətin dövrlərdə sərmayədarlar üçün sabitlik simvolu kimi çıxış edib. Son aylarda isə dünya bazarlarında yaşanan yeni gərginliklər, xüsusilə də böyük iqtisadi güclər arasında ticarət münaqişələri və tarif məhdudiyyətləri, investor marağını yenidən bu qiymətli metala yönəldib.

Bəs qızılın qiymətinin yenidən artımı gözləniləndir? 

Məsələ ilə bağlı iqtisadçı ekspert Eyyub Kərimli açıqlama verib:

"Qızılın qiymətinin artması dünya bazarında baş verən qeyri-müəyyənliklərlə bağlıdır. Hesab edirəm ki, bu bir müddət də davam edəcək. Bildiyiniz kimi, Amerika tarif məhdudiyyətləri tətbiq edib. Bu dünya iqtisadiyyatına böyük gərginlik yaradıb. Dünyada digər əmtəə, səhmlərin də qiyməti enir. Ona görə də qızılın qiyməti daha da artır, önə çıxır. Qızıl da daha sabit investiya kimi qalır". 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30