xebermen.az

Qızıl rekord BAHALAŞDI

12-04-2025, 14:51

 

Son dövrlərdə qızılın qiyməti yeni bir rekord qıraraq 3200 dolları keçib və bu, investorlar arasında böyük marağa səbəb olub. Bakı vaxtı ilə 02:48-də qiymətli metalın unsiyası 3212 dollar səviyyəsinə çatıb. Qızılın qiymətindəki bu sürətli artım son illərdə daha çox diqqət çəkməyə başlayan qlobal iqtisadi qeyri-müəyyənliklər və ticarət müharibələri ilə əlaqələndirilir.

Analitiklər hesab edirlər ki, bu qiymət artımının əsas səbəblərindən biri ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi ticarət tarifləri və xarici iqtisadi əlaqələrdəki gərginliklərdir. Trampın xarici siyasətindəki qeyri-sabitlik və yeni tariflər, xüsusilə Çin ilə olan ticarət mübahisələri dünya bazarlarında qeyri-müəyyənliyə səbəb olub. Belə şəraitdə investorlar iqtisadi təhlükəsizliklərini təmin etmək üçün ənənəvi olaraq daha etibarlı və qorunan aktivlərə o cümlədən qızıla üz tuturlar.

Bundan əlavə qlobal iqtisadiyyatda baş verən digər amillər mərkəzi bankların pul siyasətləri və inflyasiya narahatlıqları da qızılın qiymətinə təsir edən əsas faktorlardandır. Hazırda dünya bazarında baş verən hər hansı bir iqtisadi və siyasi gərginlik qızılın dəyərini artırmağa səbəb olur, çünki bu qiymətli metal investorlar tərəfindən "təhlükəsiz liman" olaraq qəbul edilir. Bu səbəbdən qızılın qiymətinin daha da artması gözlənilir.

"Görünməmiş ticarət gərginliyi ABŞ dollarına inamsızlığı və təhlükəsiz aktivlərə tələbi artırdığından, hazırda qızıl bazarda ən yaxşı aktivdir", - deyə analitiklər qeyd edirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

1USD  1.7000
1EUR  1.9277
1GBP  2.2560
100RUB  2.0509
1TRY  0.0444