xebermen.az

Qızılın qiymətində tarixi rekord: Sarı metal durmadan bahalaşır

3-04-2025, 14:02

 

Nyu-York əmtəə birjasının bölməsi olan "Comex"də qızılın qiyməti yeni tarixi rekorda imza atıb.

Bunu ticarət platformasının məlumatları sübut edir.

Aprelin 2-də qiymətli metalın çatdırılması üzrə fyuçerslər 1,12 faiz bahalaşaraq 1 troy unsiyası üçün 3201,6 dollar olub. Qızılın belə yüksək qiyməti tarixdə heç vaxt qeydə alınmayıb. Daha sonra, aprelin 3-ü səhər saatlarında qiymət 1 troy unsiyası üçün 3171,5 dollar olub ki, bu da əvvəlki günlərlə müqayisədə 0,02 faiz artım deməkdir.

Bildirilir ki, martın 27-də keçirilən hərracda qızıl əvvəlki rekordunu müəyyənləşdirib. Qızılın birja qiyməti tarixdə ilk dəfə olaraq 1,5 faizdən çox artaraq 1 troya unsiyası üçün 3,1 min dollar səviyyəsini keçib. Qızıl qiymətlərindəki sıçrayışlarla bağlı vəziyyət tarif təhdidləri qorxusu fonunda təhlükəsiz sığınacaq aktivlərinə tələbat, həmçinin ABŞ prezidenti Donald Tramp administrasiyasının, o cümlədən tarif siyasəti sahəsində atdığı addımlarla əlaqələndirilir.

"Goldman Sachs"ın analitikləri noyabr, dekabr və yanvar aylarında alışların artmasını nəzərə alaraq, 2025-ci ilin sonuna qızılın qiyməti ilə bağlı proqnozlarını bir unsiya üçün 3300 dollara qaldırıblar. Əvvəlki proqnoz 3,1 min idi ki, bu da yazın əvvəlində əldə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930