xebermen.az

Peskov təsdiqlədi: Putin Uitkoffla görüşəcək

11-04-2025, 20:09

 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün Sankt-Peterburqda Vladimir Putinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşəcəyini təsdiqləyib.

Bu barədə "RİA Novosti" məlumat yayıb.

Peskovun sözlərinə görə, bu təmaslar zamanı Ukrayna nizamlanması müzakirə olunacaq: "Ola bilsin, Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında görüşün keçirilməsi də müzakirə olunsun".

O, həmçinin qeyd edib ki, bu görüşün təyin olunmuş vaxtı yoxdur və prezidentə nə qədər lazımdırsa o qədər davam edəcək.

Peskov jurnalistlərdən Uitkoffun Rusiyaya səfərindən hər hansı irəliləyişli nəticə gözləməməyi xahiş edib. O qeyd edib ki, bu, Rusiya üçün öz narahatlığını ABŞ prezidenti Donald Trampa çatdırmaq üçün bir fürsətdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930