xebermen.az

Ukrayna sülh danışıqlarını kənardan izləyəcək? - Peskov bəyan edib ki...

13-02-2025, 20:53

 

"Ukrayna bu və ya digər şəkildə silahlı münaqişənin həlli üçün danışıqlarda iştirak edəcək".

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.,

Peskov qeyd edib ki, Rusiya və ABŞ da Ukrayna nizamlanması üzrə ikitərəfli danışıqlar aparacaq. Kreml nümayəndəsi əlavə edib ki, Rusiya ABŞ-ı Ukrayna üzrə danışıqlarda əsas həmsöhbət hesab edir.

Rusiya liderinin mətbuat katibi həmçinin bildirib ki, Rusiya Prezidenti Vladimir Putin və onun amerikalı həmkarı Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskinin hüquqi statusunu müzakirə etməyiblər.

Xatırladaq ki, fevralın 12-də Putin və Tramp arasında təxminən 1,5 saat davam edən telefon danışığı olub. Əsas müzakirə mövzularından biri Ukrayna münaqişəsinin həlli olub. Ağ Ev rəhbəri Rusiya lideri ilə Səudiyyə Ərəbistanında şəxsən görüşmək planlarını da açıqlayıb. Onun sözlərinə görə, əsas qarşılıqlı əlaqə telefonla baş tutacaq, lakin ilk üz-üzə görüş böyük ehtimalla orada baş tutacaq.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930