xebermen.az

Bakıda külək güclənib - FAKTİKİ HAVA

10-04-2025, 16:49

 

Aprelin 10-u saat 15:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Hazırda qərb küləyi əsir, küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 25 m/s, Lerik və Şahdağda 20 m/s-dək güclənib.

Daşkəsən, Gədəbəy, Gəncə, Naftalan, Şəmkir, Tərtər, Ağstafa, Qax, Şəki, Qəbələ, Xaçmaz, Quba, Qusar, Şabran, Mingəçevir, Ceyrançöl, Sabirabad, İmişli, Beyləqan, Lənkəran və Astarada arabir yağış yağır. Şahdağda isə qar yağır.

Göygöl, Şəki, Qax, Qəbələ, Şamaxı, Altıağac, Quba və Xaltanda duman müşahidə olunur və görünüş məsafəsi 200 m-dək məhdudlaşır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da 23, Aran rayonlarında eləcə də dağlıq rayonlarda 15 dərəcəyədək isti qeydə alınıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930