xebermen.az

Sülh müqaviləsində Azərbaycan və Ermənistan ərazilərinin miqyası göstərilib?

14-03-2025, 16:52

 

Ermənistan və Azərbaycanın ərazilərinin miqyası sülh müqaviləsinin mətnində göstərilməyib.

Bunu Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan parlamentin xarici əlaqələr komissiyasının iclasında bildirib.

Lakin onun sözlərinə görə, ərazi bütövlüyünün qarşılıqlı tanınması haqqında bənd qeydə alınıb.

“Tərəflər sülh müqaviləsinin mətnində bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyır, lakin kvadrat kilometrdən söhbət getmir”, - nazir “Hayastan” fraksiyasının deputatı Levon Köçəryanın sualına cavabında deyib.

Mirzoyan hesab edir ki, təbii ki, problemlər var, lakin bu riskləri idarə etməyin yeganə yolu danışıqlar və sülh quruculuğudur. Bu baxımdan o, əmindir ki, razılaşma tamamilə Ermənistanın maraqlarına uyğundur.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031