xebermen.az

Mirzoyan “türk” sözündən incidi, sonra... - İrəvanda QALMAQAL

13-03-2025, 16:14

Ermənistanda hökmət iclasından sonra insident yaşanıb.

İclasdan sonra jurnalistlər xarici işlər naziri Ararat Mirzoyandan sualları cavablandırmasını istəyiblər.

Mirzoyan suallara cavab verməkdən imtina edib. Bu vaxt jurnalistlərdən biri deyib ki, “siz ancaq türk həmkarlarınızla danışırsınız, cənab Mirzoyan?” Bu sözlərdən sonra Mirzoyan geri qayıdıb və deyib: “Əvvəla, mən sizin dediklərinizi son dərəcə kobud, tərbiyəsiz və qeyri-peşəkar hesab edirəm. İkincisi, bu peşəkar jurnalist fəaliyyəti deyil, siyasi aksiyadır. Ayıb olsun sənə”.

Jurnalistlərdən biri “Utanmalısan ki, gəlib bizi biabır etdin” deyib.

Mirzoyan isə cavabında bildirib ki, sizdən kimsə “yalnız türk həmkarlarınızla danışırsınız” deyəndə, mənim “ayıb olsun” demək haqqım var”.

Qeyd edək ki, bir qrup türkiyəli jurnalistin Ermənistana səfəri və Paşinyandan müsahibə alması Ermənistanda ciddi müzakirələrə səbəb olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930