xebermen.az

İsraildən Qəzza ilə bağlı KRİTİK QƏRAR: "Dərhal dayandırın..."

9-03-2025, 20:15

 

İsrailin energetika naziri Eli Koen Qəzza zolağına elektrik enerjisinin verilişinin dərhal dayandırılmasını əmr edib.

Bu barədə RİA Novosti sərəncama istinadla xəbər verir.

“Mən indicə Qəzza zolağına elektrik enerjisinin verilişinin dərhal dayandırılması barədə sərəncam imzaladım. Biz bütün girovları azad etmək və HƏMAS-ın müharibədən bir gün sonra Qəzzada qalmamasını təmin etmək üçün əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik”, - nazir videomüraciətində bildirib.

Martın 2-də İsrail əsgərləri ( İDF ) Qəzza zolağına humanitar yardımın daşınmasını əngəlləyib və bütün keçidləri bağlayıb. "Kan" telekanalının məlumatına görə, bu, Fələstinin HƏMAS hərəkatının ABŞ-ın xüsusi nümayəndəsi Stiven Vitkoffun nizamlama planını qəbul etməkdən imtina etməsi ilə bağlıdır.

Martın 3-də "Kan" bildirib ki, HƏMAS atəşkəs razılaşmasının birinci mərhələsini və bütün girovları azad etməsə, İsrail Qəzza zolağında döyüşləri bərpa edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930