xebermen.az

İsrail HHQ Qəzzada şübhəli şəxslərə zərbə endirdi

2-03-2025, 18:05

 

İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının şimal hissəsinə zərbə endirib.

Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

"Bu gün səhər saatlarında bir neçə şübhəli şəxs Qəzzanın şimalında İsrail hərbçilərinin yaxınlığında əməliyyat keçirib və onların ərazidə partlayıcı qurğu yerləşdirdiyi müşahidə edilib. Bu təhlükəni aradan qaldırmaq üçün İsrail Hərbi Hava Qüvvələri şübhəli şəxslərə hücum edib", - məlumatda qeyd olunub.

Qeyd edək ki, bundan əvvəl İsrail Ordusu Qəzza zolağına humanitar yardımın daşınmasını dayandırıb və bütün keçid məntəqələrini bağlayıb. Buna səbəb kimi, Fələstinin HƏMAS hərəkatının ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffun danışıqları davam etdirmək planınından imtina etməsi göstərilib.

İsrail atəşkəsin bir həftə uzadılması müqabilində 5 girovun azad olunmasını və 10 meyitin təhvil verilməsini tələb edir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930