xebermen.az

Səsverməni 80 min müşahidəçi izləyir

29-01-2025, 09:25

 

Səsvermə günü seçki məntəqələrində prosesi müşahidə etmək hüququ olan şəxslərin sayı 80 minə yaxındır.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin başlaması haqqında danışarkən deyib.

O qeyd edib ki, seçkilərə hazırlıq prosesi tam şəkildə həyata keçirilib:

"Bələdiyyə seçkiləri bütün tələblərə uyğun təşkil edilib. Müşahidəçilərin, məntəqə və dairə seçki komissiyalarının, o cümlədən ekspert qruplarının üzvləri daxil olmaqla seçkini ümumilikdə 71 min 209 nəfər müşahidə edə biləcək. Media nümayəndələrini də əlavə etsək, səsverməni müşahidə etmək hüququ olanların sayı 80 minə yaxındır".

Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.

Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930