xebermen.az

Bələdiyyə seçkilərində nə qədər namizəd iştirak edəcək?

28-01-2025, 15:34

 

Bələdiyyə seçkiləri ilə əlaqədar 16 092 nəfərin namizədliyi qeydə alınıb.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, imza vərəqəsini qaytaran 16 294 namizəddən 16 238-i qeydə alınıb.

MSK sədrinin verdiyi məlumata görə, namizədlərdən 8 504-ü siyasi partiya tərəfindən, 7 588-i isə fərdi qaydada müraciət edib.

"Namizədlərin 31 faizindən çoxu qadınlar, 82 faizi ali təhsillidir. Bülletendə adı olan namizədlərin 41 faizi 21-35, 63 faizi 21-45 yaş aralığındadır", - M.Pənahov qeyd edib.

Qeyd edək ki, sabah keçiriləcək seçkilərdə seçki məntəqələri səhər saat 08:00-da açılacaq və səsvermə prosesi saat 19:00-da yekunlaşacaq. Seçkilərdə ümumilikdə 685 bələdiyyə üçün 16 min 92 namizəd mübarizə aparır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930