xebermen.az

İmişlidə narkoşəbəkənin üzvləri ifşa edildi

28-01-2025, 09:52

 

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları İmişli rayonu ərazisində tədarükçü-ekspeditor narkoşəbəkənin üzvlərini ifşa ediblər.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirlərlə əvvəllər məhkum olunan 41 yaşlı Elşən Əliyev və 32 yaşlı Tərlan Bağırov saxlanılıblar. Onların avtomobilindən və yaşayış ünvanlarından 62 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.

Baş İdarə əməkdaşlarının həyata keçirdikləri digər tədbirlərlə 39 yaşlı Ceyhun İsmayılov və 29 yaşlı Rəşad Məmmədli də narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün saxlanılıblar. Onların üzərindən və yaşadıqları evlərdən 18 kiloqram marixuana, heroin, psixotrop maddə metamfetamin və metadon həbləri aşkarlanıb.

Saxlanılan şəxslər ifadələrində narkotikləri satış məqsədilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb, onlar barəsində həbs qətimkan tədbirləri seçilib.

Elşən Əliyev, Ceyhun İsmayılov, Rəşad Məmmədli və Tərlan Bağırovla əlbir olan digər şəxslərin də saxlanılması istiqamətində tədbirlər davam etdirilir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930