xebermen.az

Ağdaşda polisin narkotik əməliyyatında doqquz nəfər saxlanıldı

22-01-2025, 10:44

 

Ağdaş rayonunda polis əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyat zamanı doqquz nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, tədbirlərlə rayon sakinləri - Anar Abdullayev, Niyazi İsmayılov, Nicat Məmmədov, Vüqar Kərimov, Qadir Qədirov, Pərviz Rəhimov, Gəray Əliyev, Tural Muradov və Sakit Baxışov saxlanılıblar. Onlardan 3 kiloqrama yaxın marixuana aşkar olunub.

Faktlarla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930