xebermen.az

Piyadanı vuraraq öldürən Azəriqaz İstehsalat Birliyinin baş müşaviri Nail Abdullayev niyə məsuliyyətə cəlb olunmayıb?

22-01-2025, 10:13

 

Hadisə Sabunçu körpüsunun yaxınlığında, H.Əliyev prospekti ilə Hava limanı istiqamətində baş verib. 1980-ci il təvəllüdlü Nail Abdullayev idarə etdiyi “Mercedes” markalı, 77 YD 054 dövlət nömrə nişanlı avtomobillə 40-45 yaşlarda kişini  piyadaların hərəkəti üçün nəzərdə tutulmuş keçiddə vurub.Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb . Qəzanı törədən Nail Abdullayev “Azəriqaz” İstehsalat Birliyin baş direktorun müşaviridir.
Hadisə 08.01.2025-ci il tarixində  baş verməsinə baxmayaraq ictimaiyyətdən gizlədilib. Qəza zamanı vəfat edən şəxsin yaxınları Tərəf.az-a zəng edərək qorxa-qorxa məlumat veriblər ki, Nail Abdullayev məsələnin ictimailəşməməsi üçün onlara külli miqdarda pul təklif edib.) Bəzi mənbələrdə bu məbləğin 250 min manat olduğu iddia olunur. ) Onlar sayt rəhbərliyindən məsələni ictimailəsdirməyə dəstək olmalarını xahiş ediblər
  Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi açılıb. Prokurorluq hələ ki, hadisəyə hüquqi qiymət verməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930