xebermen.az

Günəşdə güclü partlayış oldu

29-03-2025, 10:18

 

Martın 28-də Günəşdə güclü partlayış baş verib.

Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

Məlumata görə, martın 28-də Moskva vaxtı ilə saat 18:20-də (Bakı vaxtı ilə 19:20) rentgen diapazonunda (N05E81) 41 dəqiqə davam edən X1.1 alışması qeydə alınıb.

Qeyd edək ki, Günəş alovları rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yer orbitində radiasiya gücünə uyğundur. Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Alovlar adətən günəş plazmasının atılması ilə müşayiət olunur. Onların buludları Yerə çataraq maqnit qasırğalarına səbəb ola bilər.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930