xebermen.az

Günəşdə GÜCLÜ PARTLAYIŞ - Planetimizi hansı təhlükə gözləyir?

11-03-2025, 21:15

 

Tətbiqi Geofizika İnstitutunun mütəxəssisləri Günəşdə M güc sinfinə aid olan güclü partlayış qeydə alıblar.

Bu barədə Rusiya Federal Dövlət Büdcə İnstitutu məlumat yayıb.

“Martın 11-də Moskva vaxtı ilə saat 15:04-də rentgen diapazonunda 3 dəqiqə davam edən M1.1 (N05W46) partlayışı qeydə alınıb”, - məlumatda qeyd edilir.

Əvvəlki M sinifli partlayış martın 5-də Günəşdə qeydə alınıb. Demək olar ki, 10 dəqiqə davam edib.

Günəş alovları rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yer orbitində radiasiya gücünə uyğundur. Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Alovlar adətən günəş plazmasının atılması ilə müşayiət olunur. Onların buludları Yerə çataraq maqnit qasırğalarına səbəb ola bilər.

Qeyd edək ki, M sinfinə aid olan partlayışlar Yerdə maqnit qasırğalarına səbəb olur.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930