xebermen.az

Maskdan QORXULU AÇIQLAMA - İnsanlar belə qərar versələr, bəşəriyyət YOX OLACAQ

18-01-2025, 21:57

 

"Bəşəriyyət yox olmaq təhlükəsi ilə üz-üzədir".

Bunu amerikalı milyarder İlon Mask "X" sosial şəbəkəsində bildirib.

Onun fikrincə, insanlar uşaq sahibi olmağı dayandırsalar, o zaman insanlıq yox olacaq.

Belə ki, Mask "Lancet" jurnalında təqdim olunan araşdırmanı şərh edib. Onlar proqnozlaşdırırlar ki, əsrin sonuna qədər bütün dünyada doğum nisbətləri kəskin şəkildə azalacaq.

Bundan əvvəl Musk demişdi ki, Avropa ölkələri, xüsusən də Almaniya hazırda aşağı doğum səviyyəsinə görə yox olmaq ərəfəsindədir.

Oktyabr ayında "The New York Times" yazmışdı ki, milyarder doğum nisbətinin azalmasından ciddi narahatdır, sperma donoru olmağa hazırlaşır və Texasda uşaqları üçün kompleks tikir.

Aşağı doğum səviyyəsi fonunda Avropa İttifaqında demoqrafik böhran qaçılmazdır. Avropada ən aşağı doğum göstəriciləri Malta (1,08), İspaniya (1,16), İtaliya (1,24), Yunanıstan (1,32) və Kiprdə (1,37) qeydə alınıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930