xebermen.az

Bəşəriyyəti gözləyən BÖYÜK TƏHLÜKƏ - Mask həyəcan təbili çaldı

4-12-2024, 08:15

 

Qlobal doğum səviyyəsinin aşağı düşməsi bəşər sivilizasiyasının indiyədək üzləşdiyi ən böyük təhlükəyə çevrilib.

Bu barədə amerikalı milyarder, "SpaceX" və "Tesla" şirkətlərinin yaradıcısı İlon Mask "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

“Doğuş nisbətlərinin kəskin azalması bəşər sivilizasiyasının üzləşdiyi ən böyük təhlükədir”, - Mask həyəcan təbili çalıb.

Oktyabr ayında "New York Times" qəzeti yazmışdı ki, milyarder doğum nisbətinin azalmasından ciddi narahatdır, sperma donoru olmaq niyyətindədir və Texasda uşaqları üçün kompleks tikir.

Sentyabr ayında Mask demişdi ki, aşağı doğum səviyyəsi fonunda Avropa İttifaqında demoqrafik böhran qaçılmazdır. Avropada ən aşağı doğum göstəriciləri Malta (1,08), İspaniya (1,16), İtaliya (1,24), Yunanıstan (1,32) və Kiprdə (1,37) qeydə alınıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930