xebermen.az

Rusiya yenə ballistik raketləri İŞƏ SALDI: Ölənlər var

18-01-2025, 14:16

 

Yanvarın 18-də səhərə yaxın rus qoşunları ballistik raketlərlə Ukrayna paytaxtı Kiyevə hücum edib. Hücum yanğınlar və insan tələfatı ilə nəticələnib.

Bu barədə Ukrayna KİV-ləri Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri Timur Tkaçenkonun Telegram kanalına və Kiyev meri Vitali Kliçkonun kanalına istinadən məlumat yayıb.

Ukrayna paytaxtında yerli vaxtla saat 05:50-də hava hücumu həyəcanı elan edilib. Siqnaldan əvvəl və sonra silsilə partlayış səsləri eşidilib. Ukrayna Hərbi Hava Qüvvələri daha sonra xəbərdarlıq elan edilən ərazilərdə ballistik silahlardan istifadə təhlükəsinin olduğunu bildirib.

Bir neçə dəqiqə sonra yerli hökumət rəsmiləri Kiyevdə hava hücumundan müdafiənin fəaliyyət göstərdiyini bildiriblər.

Yerli vaxtla saat 06:04-ə olan məlumata görə, hücum nəticəsindən azı üç nəfər artıq ölüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930