xebermen.az

Kiyevə dron hücumu - ölən və yaralılar var

1-01-2025, 17:23

 

Yanvarın 1-də Ukrayna paytaxtına dron hücumu nəticəsində bir nəfər həlak olub, yeddi nəfər xəsarət alıb.

Bu barədə Ukrayna KİV-ləri Kiyev Şəhər Hərbi Administrasiyası və baş prokurorun ofisinin məlumatına istinadən bildirib.

"Səhər saatlarında Rusiya PUA-larının hücumuna məruz qalan Peçersk rayonunda ziyan dəymiş yaşayış binasında dağıntıların təmizlənməsi zamanı həlak olmuş qadının meyiti aşkar edilib", - məlumatda qeyd ounub.

Bundan başqa, baş prokurorun ofisi xəsarət alanlar arasında iki hamilə qadının olduğunu deyib.

Qeyd olunur ki, yanvarın 1-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinə hücum zamanı 111 PUA-dan istifadə edib və hava hücumundan müdafiə sistemləri onların böyük hissəsini zərərsizləşdirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30