xebermen.az

Rusiyaya işləməyə gedənlərin DİQQƏTİNƏ: "Qara siyahı" yaradılır

29-12-2024, 22:03

 

Rusiya Baş naziri Mixail Mişustin qanun pozuntusu törədən miqrantlar üçün nəzarət edilən şəxslərin reyestrinin yaradılması haqqında qərar imzalayıb.

Sənəd hüquqi məlumatların rəsmi internet portalında dərc edilib.

Qərara əsasən, Rusiya Daxili İşlər Nazirliyi miqrasiya uçotunun dövlət informasiya sistemindən istifadə edərək qanun pozuntusu törədən miqrantların xüsusi reyestrini aparacaq.

Reyestrin yaradılması iki mərhələdə həyata keçiriləcək.

Birinci mərhələdə DİN əcnəbi vətəndaşlar tərəfindən törədilmiş pozuntular haqqında mövcud məlumatları reyestrə daxil edəcək.

İkinci mərhələdə reyestr istifadəyə veriləcək; dövlət orqanları və digər istifadəçilər ona çıxış əldə edəcəklər.

Reyestrə daxil edildikdən sonra qanun pozuntusu törədən miqrantlar DİN-in icazəsi olmadan yaşayış yerini dəyişə, yaşadıqları Rusiya subyekti və ya bələdiyyə qurumundan kənara çıxa bilməyəcəklər.

Bundan əlavə, onlar nəqliyyat vasitələrini idarə edə, sürücülük vəsiqəsi ala, daşınmaz əmlak və avtomobillə bağlı əqdlər bağlaya bilməyəcəklər.

"Qara siyahı"ya düşən miqrantlara, həmçinin nikah bağlamaq, hüquqi şəxslər qeydiyyatdan keçirmək, kredit götürmək, bank hesabları açmaq və pul köçürmələri həyata keçirmək qadağan olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930